Baş Prokurorluq Qubada konfrans keçirir - FOTO

12:32 16.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada Baş Prokurorluq tərəfindən “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda işgüzar konfrans keçirilir.

Konfrans dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilib.

Tədbirdə məhkəmə və hüquq-mühafizə orqanlarının, o cümlədən nazirlik və komitələrin nümayəndələri iştirak edir.

Qeyd edək ki, bu formatda silsilə konfranslar bundan əvvəl Gəncə, Lənkəran, Gədəbəy, Şəki şəhərlərində keçirilib.apa